Rusiya şirkəti Şərqi Azərbaycandan çıxarılır

Rusiya şirkəti Şərqi Azərbaycandan çıxarılır

Şərqi Azərbaycan əyalətinin Qaradağ bölgəsində yerləşən Əndiryan qızıl mədəninin istismarçısı olan Rusiya şirkətinin səlahiyyətləri ləğv ediləcək.

AzerTimes xəbər verir ki, bunu Şərqi Azərbaycanın Sənaye, Mədən və Ticarət Palatasının başçısı Nasir Pərniyan deyib.

“Bu qiymətli mədənin istismarçı şirkəti qeyri-qanuni hasilata və faydalı qazıntıların xarab olmasına görə diskvalifikasiya edilib və bununla bağlı sərəncam tezliklə icra olunacaq”, – Pərniyan bildirib.

Məlumata görə, Rusiya şirkətinin fəaliyyəti dayandırıldıqdan sonra qızıl mədəninin istismarının Çin şirkətininin ixtiyarına verilməsi nəzərdə tutulur.

Teqlər: