Xəbər - Fidan Babayeva – Trend:
Rusiyanın “Aqrokompleks-Eksport” şirkəti 2021-ci ilin sonunadək Azərbaycana düyü tədarükünü artırmağı planlaşdırır.
AzerTimes-ın məlumatına görə, bunu şirkətin direktor müavini Denis Brodski deyib.
Onun sözlərinə görə, Azərbaycana düyü tədarükünün 30 faiz artırılması nəzərdə tutulur:
“Bu ilin sonunadək biz Azərbaycana tədarükü artıra bilərik. Düyü tədarükü həcminin indiki 5 min tondan 6,5 min tonadək artırılması planlaşdırılır”.
(Tərcümə: Orxan Nəbiyev)