Rusiya Şimal Axını 1-lə qaz tədarükünü azaltdı

Rusiya Şimal Axını 1-lə qaz tədarükünü azaltdı

Rusiyanın “Qazprom” şirkəti Şimal Axını 1 qaz kəməri ilə təbii qaz tədarükünü 40% azaltdığını açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın “İnterfaks” agentliyi məlumat yayıb.

Məlumata görə, Rusiyanın enerji şirkəti gündə 167 milyon kubmetr əvəzinə, yalnız 100 milyon kubmetr qaz nəql edə biləcək. Buna səbəb “Siemens” şirkətinin qaz kompressor aqreqatlarının təmirini gecikdirməsidir. Belə ki, hazırda Portovaya kompressor stansiyasında yalnız üç qaz kompressor qurğusu fəalioyyət göstərə bilir.

Qeyd edək ki, Rusiyadan Almaniyaya qaz nəql edən Şimal Axını 1 kəməri hələ 2011-ci ildə işə salınıb, onun ötürmə qabiliyyəti ildə 27 milyard kubmetrdir.

Teqlər: