Rusiya silahlıları Kiyevin qərb çıxışını bağlayıb

Rusiya desantları Kiyev yaxınlığındakı Qostomel aerodromunu ələ
keçirib və Rusiya Hərbi-Desant Qoşunlarının əsas hissələri ilə
birləşərək Ukrayna paytaxtının qərb çıxışını bağlayıb.

Trend-in
məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi
İqor Konaşenkov deyib.

“Fevralın 24-də Qostomel aerodromunun ələ keçriilməsi üçün
uğurlu əməliyyat keçirilib və Ukrayna xüsusi bölmələrinin tərkbində
200-dən çox millətçi məhv edilib, Rusiya tərəfdən itkilər yoxdur”,
– deyə o bildirib.


O əlavə edib ki, Rusiya hərbçiləri Kiyevin yaşayış məhəllələrinə
zərbələr endirməyəcək.