Rusiya ordusu Ukraynada döyüş meydanında təşəbbüsü bərpa etmək məqsədilə Şərq cəbhəsində eyni vaxtda çoxsaylı hücum əməliyyatına başlayıb. Lakin Ukrayna ordu qüvvələrinin cəbhənin kritik sektorlarına təzyiq göstərdiyi bir halda, rusların təşəbbüsü tam bərpa edə biləcəkləri tam məlum deyil.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Avdeyevka, Kupyansk və Marinsk istiqamətlərində vəziyyət daha gərgindir:
“Ukrayna rəsmiləri cəbhə xəttində vəziyyətin çətin olmasına baxmayaraq, ordunun döyüş sahəsinə nəzarəti saxladığını bildirirlər. Ukrayna ordusu hücum əməliyyatlarını davam etdirir və cəbhə boyu, xüsusən Qərbi Zaporojye bölgəsində, eləcə də Xersonun sol sahilində taktiki səviyyədə uğur qazanır. Belə bir vaxtda Rusiya qüvvələri təşəbbüsü tam bərpa etməkdə çətinlik çəkəcəklər”.