Gürcüstan-Rusiya sərhədi istiqamətində ağır yük maşınlarının hərəkəti qadağan olunub.
AzerTimes Report-a istinadən xəbər verir ki, qadağalar qeyri-sabit hava şəraiti səbəbindən tətbiq edilib.
Digər növ nəqliyyat vasitələri üçün yol açıqdır.
Mleta-Qudauri sahəsində hərəkət maneəsiz davam edir, Qudauri-Kobi sahəsində isə yalnız tunellərdən istifadə edərək hərəkət mümkündür.