Rusiya qoşunları indi nəinki hücuma keçə, hətta özünü müdafiə edə bilmir.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko bildirib.
O qeyd edib ki, Rusiya Ukrayna ilə sərhədin 700 km-dən çox uzunluğunda 25-ə qədər batalyon-taktiki dəstə cəmləşdirib, əsgərlərin ümumi sayı 17 min nəfərə yaxındır.
“Rusiyanın əsas güc resursları hazırda Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki müharibə zonasındadır. Amma burada daha maraqlı fərqli məqamlar var. Bəs Rusiyanın digər sərhədləri nə vəziyyətdədir, orada işlər necə gedir? Çinlə sərhəddə resurs varmı? Qazaxıstanla sərhədlər nə dərəcədə əhatə olunub?” – ekspert bildirib.