Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Bryansk vilayətinin Klintsovski rayonu üzərində Ukraynaya məxsus təyyarə tipli PUA-nı zərərsizləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz deyib.
O, dağıntı və tələfatın olmadığını bildirib. PUA-nın düşdüyü ərazidə mütəxəssislər hazırda araşdırma aparır.