Rusiya şəkər və taxıl ixracına müvəqqəti qadağa qoyub

Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya İqtisadi İttifaqı
ölkələrinə taxıl və üçüncü ölkələrə şəkər ixracına müvəqqəti qadağa
qoyulması haqqında fərman imzalayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya nazirlər
kabinetinin mətbuat xidməti məlumat yayıb.

Taxıl üzrə məhdudiyyətlər iyunun 30-dək, şəkərlə bağlı isə
2022-ci il avqustun 31-dək qüvvədə olacaq. Taxıl qadağası buğda,
çovdar, arpa və qarğıdalıya şamil edilir.

Bununla belə, sənədə əsasən bir sıra istisnalar nəzərdə tutulur.
Belə ki, bu məhsulların Rusiyadan ixracı, o cümlədən humanitar
yardımın göstərilməsi üçün, eləcə də beynəlxalq tranzit daşımaları
çərçivəsində mümkün olacaq.

Teqlər: