Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı yeni preparat qeydə alıb

Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı yeni “Kovipir”
preparatını qeydiyyatdan keçirib.

Trend-in
məlumatına görə, bu bardə Rusiya dərman vasitələrinin dövlət
reyestrində deyilir.

Qeyd olunur ki, molnupiravir əsasında hazırlanmış “Kovipir”
aprelin 4-də qeydiyyatdan keçirilib.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi fevral ayında
koronavirusa qarşı “Esperavir”, aprel ayında isə “Lagevrio”
preparatlarını qeydiyyata almışdı. Hər iki dərman vasitəsi
molnupiravir əsasında hazırlanıb.