Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının paytaxt Kiyev və digər vilayətlərə raket zərbəsi endirməsinə münasibət bildirib.
AzerTimes xəbər verir ki, o, bu barədə Teleqram hesabında paylaşım edib.
O bildirib ki, Rusiya 229 gündür Ukrayna xalqını məhv etməyə, Yer üzündən silməyə çalışır:
“Ukraynanın hər yerində hava hücumu səngimir. Raket zərbələri davam edir. Təəssüf ki, ölənlər və yaralananlar var. Sığınacaqları tərk etməyin. Özünüzün və yaxınlarınızın qayğısına qalın. Gəlin, güclü olaq”, – Zelenski qeyd edib.