Rusiya səfirini geri çağırır, ABŞ isə dərhal… – İrəvanda həyəcan

Rusiya səfirini geri çağırır, ABŞ isə dərhal… – İrəvanda həyəcan

25 may şənbə və 26 may bazar günləri ABŞ və Fransanın Ermənistandakı səfirliklərinin siyasi şöbələrinin və hərbi attaşelərinin əməkdaşları üçün iş günü elan edilib.

AzerTimes xəbər verir ki, bu barədə rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenko məlumat paylaşıb.

O bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Fransa kəşfiyyatının İrəvandakı rezidenturası əməkdaşları üçün iş günü elan edilib.

Qeyd edək ki, bu gün Rusiya Ermənistandakı səfiri Sergey Kopırkini məsləhətləşmələr üçün geri çağırıb. Məhz bu zaman ABŞ və Fransa səfirliklərinin şənbə və bazar günləri də fəaliyyət göstərmələri təsadüfi deyil.

Ermənistanda 26 mayda keşiş Baqratın başçlığı ilə mitinq keçiriləcək. Bu “hazırlıqların” mitinqlə bir bağlılığı varmı və yaxud: Ermənistanda kimlər və nəyə hazırlıq aparır?

Teqlər: