Rusiya səfiri yenə XİN-ə çağırıldı: nota verildi

Rusiya səfiri yenə XİN-ə çağırıldı: nota verildi

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov növbəti dəfə Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Moldova XİN məlumat yayıb.

Bildirilib ki, səfir Rusiyadakı seçkilər üçün Dnestryanı bölgədə məntəqələrin açılması səbəbindən XİN-ə çağırılıb və ona etiraz notası təqdim olunub.

Eyni zamanda, Rusiyanın Moldova səfirliyinin əməkdaşlarından biri “persona non grata” elan olunub və ölkəni tərk etməsi tələb edilib.

Qeyd edək ki, martın 11-də də Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Teqlər: