Rusiyanın İsraildəki səfiri Anatloli Viktorov Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail XİN-in məlumatında deyilir.
Bildirilib ki, HƏMAS nümayəndə heyətinin Moskvaya səfərindən dolayı Rusiya səfəirinə etiraz edilib:
“Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov HƏMAS nümayəndə heyətinin Moskvaya səfərinə görə, etiraz məqsədilə İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-in Avrasiya məsələləri üzrə baş direktorunun müavini, səfir Simon Halperin səfirə izahat verib. İsrailin Moskvanın HƏMAS terror təşkilatının hərəkətlərini pisləməməsini, habelə Rusiyanın beynəlxalq təşkilatlardakı hərəkətlərini ciddi şəkildə nəzərdən keçirdiyini bildirib”.