Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiyanın Qazaxıstandakı səfiri ciddi söhbət üçün Xarici İşlər Nazirliyinə çağırıldı. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bərabərhüquqlu strateji tərəfdaşlıq ruhuna uyğun gəlməyən bəyanatını müzakirə etdik. Söhbət olduqca sərt keçdi.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Ukraynanın Qazaxıstandakı səfiri Petro Vrublyovskinin yenidən Astanaya qayıdıb. Bundan sonra rəsmi Moskva Qazaxıstanın Rusiyadakı səfirini XİN-ə çağırıb.
Xatırladaq ki, ukraynalı səfir qazaxstanlı blogerə “Nə qədər çox rus öldürsək, o qədər bizim uşaqlar az öldürməli olacaq” ifadəsini işlətmişdi. Bu fikir isə Qazaxıstanla Rusiya arasında gərginliyə səbəb olmuşdu.
Rusiya XİN rəsmisi Mariya Zaxarova səfirin qayıtmasını Qazaxıstana irad tutaraq bildirib ki, Bandera emissarının Astanaya heç vaxt qayıtmayacağına dair vədlər yerinə yetirilməyib və Vrublyovskinin qayıdışı yolverilməzdir. O, hətta Ukrayna səfirinin həbs edilməsini də tələb etmişdi.