Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Xarici İşlər
Nazirliyinə çağırılıb.
Trend-in
məlumatına görə, səfir bir sıra əməkdaşların Parisdən çıxarılması
qərarı barədə məlumatlandırılıb.
Qeyd edək ki, Fransa XİN ötən gün 35 rusiyalı diplomatı ölkədən
çıxarmaq niyyətində olduğunu açıqlamışdı.
Son bir neçə həftə ərzində bir sıra Avropa ölkələri, Belçika,
Niderland, İrlandiya, Polşa, Çexiya, Slovakiya və digər öləkələr
rusiyalı diplomatların ölkədən çıxarıldığını bildirmişdi.
Ötən gün, həmçinin Almaniya Rusiya səfirliyinin 40 əməkdaşını
ölkədən çıxarmaq niyyətini açıqlamış və Rusiya səfirini XİN-ə
çağırmışdı.