ABŞ Müdafiə Nazirliyi bildirib ki, Rusiya tərəfi “Sarmat”
qitələrarası ballistik raketini sınaqdan keçirməzdən əvvəl
Vaşinqtonu lazımi qaydada xəbərdar edib.
Trend bu barədə “Reuters” agentliyinə istinadla xəbər verir.
Pentaqon əlavə edib ki, ABŞ tərəfi bu buraxılışı təhlükə
yaratmayan normal prosedur hesab edir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Arxangelsk
vilayətindəki “Plesetsk” dövlət sınaq kosmodromunda “Sarmat”
stasionar qitələrarası ballistik raketinin uğurlu buraxılışını
həyata keçirilməsi ilə bağlı məlumat yaymışdır.