Rusiya şamandırları çıxarıb atdı – Estoniyadan cavab

Rusiya şamandırları çıxarıb atdı – Estoniyadan cavab

Rusiyanın Estoniyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Estoniyanın ERR telekanalı məlumat yayıb.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib ki, Narvadakı məsələ ilə bağlı Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili Lenar Salimullin XİN-ə çağırılıb.

Estoniya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Estoniya tərəfinin mayın ortalarında quraşdırdığı şamandıralar mayın 23-nə keçən gecə çıxarılıb. Rusiyanın hərəkəti təxribat adlandırılıb və şamandıraların geri qaytarılması üçün izahat tələb ediləcəyi vurğulanıb.

Estoniya polisinin açıqlamasında bildirilib ki, Narvada şamandıralar estoniyalı balıqçıların təsadüfən Rusiya sularına keçməsinin qarşısını almaq üçün lazımdır.

Estoniya polisinin verdiyi açıqlamaya görə, çayın məcrasında dəyişikliklərlə əlaqədar olaraq hər il yazda ərazinin təyinatına yenidən baxılır. Beləliklə, şamandıraların yeri ildən-ilə dəyişir.

Teqlər: