Rusiya məhkəməsi Şakro Molodoy ləqəbi ilə tanınan məşhur kriminal avtoritet Zaxari Kalaşovu azadlığa buraxacaq.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın “VÇK-OQPU” hakimiyyətyönlü Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, kriminal avroritetin səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılması artıq Kremldə və Lubyankada təsdiqlənib.
Bildirilib ki, Zaxari Kalaşovun azad edilməsi ilə bağlı məhkəmə prosesi martın 16-da keçiriləcək.
Qeyd edək ki, 71 yaşlı Şakro Molodoy Rusiyanın 1 nömrəli kriminal avtoriteti hesab olunur.