Rusiya “Şahid”lərlə Kiyevi vurdu: ölənlər var

Rusiya “Şahid”lərlə Kiyevi vurdu: ölənlər var

Rusiyanın İran istehsalı “Şahid” PUA-ları ilə Kiyev vilayətinin Rjişev şəhərinin yataqxanasına hücumu nəticəsində azı 8 nəfər həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, indiyədək 7 nəfərin öldüyü məlum olub:

“Daha 7 nəfər zərbə nəticəsində xəsarət alıb, 1 nəfər xilas edilib. Dağıntılar altında yəqin ki, dörd nəfər var. Dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri davam edir”.

Bildirilir ki, düşmənin hücumu nəticəsində iki beşmərtəbəli yataqxananın 4-cü və 5-ci mərtəbələri və peşə liseyin üçmərtəbəli tədris korpusu qismən dağılıb, ardınca isə yanğın baş verib.

Teqlər: