Belarusda Rusiyanın S-400 zenit-raket kompleks sistemləri ilə döyüş hazırlığı təlimləri keçirilib.
AzerTimes xəbər verir ki, məlumatı Belarus Müdafiə Nazirliyi yayıb.
“Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı təlimdə iştirak edən S-400 zenit-raket kompleks sistemləri qruplarının hazırlığını yüksək qiymətləndirib. Təlim zamanı şərti düşmən hədəfləri vaxtında müəyyən olunaraq məhv edilib. Bundan başqa, Belarus-Rusiya birgə döyüş hazırlığı mərkəzinin hərbçiləri ilk dəfə təlimdə iştirak ediblər”, – məlumatda bildirilib.