Rusiyanın Ukraynanın Zaporojye vilayətinə S-300 raketi ilə hücumu nəticəsində 9 nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Zaporojye vilayətinin polis idarəsindən bildirilib.
Zaporojye vilayətinin polisinin verdiyi məlumata görə, saat 00:50 radələrində rus qoşunları yenidən şəhərin yaşayış məhəllələrindən birinə raket zərbələri endirib.
Bildirilib ki, partlayış dalğasından yaxınlıqdakı evlərin şüşə və eyvan çərçivələri sınıb, avtomobillərə ziyan dəyib.