Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə “uğurlu zərbələr”in videolarını dərc edib.
AzerTimes xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.
Qeyd olunur ki, “RİA Novosti” Müdafiə Nazirliyinə istinadən “Rusiyanın Mi-28NM helikopterləri Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna ordusunun canlı qüvvəsi və zirehli texnikasına S-13 hava raketləri ilə hücumlar həyata keçirib” adlı məlumat paylaşıb. Əslində video Kreminnoy və Çasov Yarda iyulda çəkilib.
Nəşr videonun çəkildiyi yerin koordinatlarını dərc edib.
Avqustun 9-da Müdafiə Nazirliyi Sum vilayətinin Kursk vilayəti ilə həmsərhəd rayonlarından birində Su-34 qırıcı-bombardmançı təyyarəsinin guya FAB-3000 hava bombası ilə vurulmasını əks etdirən daha bir video yayımlayıb. Halbuki eyni videonu iyulun 14-də TASS dövlət agentliyinin yaydığı üzə çıxıb.