Rusiya Futbol İttifaqının rəsmiləri yanvarın 24-də UEFA-dan olan həmkarları ilə görüşərək Rusiya klublarının və komandalarının beynəlxalq turnirlərə qayıtması məsələsini müzakirə edəcəklər.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Yanvarın 24-də UEFA-nın ofisində RFİ və UEFA nümayəndələrinin görüşü nəzərdə tutulub. Görüşdə Rusiya klublarının və komandalarının beynəlxalq oyunlara qayıtması üçün potensial imkanlar müzakirə olunacaq”, – məlumatda bildirilib.