Rusiya Rəşid İsmayılovu Beynəlxalq Elektrik Rabitəsi İttifaqının baş katibi vəzifəsinə namizəd irəli sürüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın rabitə nazirinin sabiq müavini Rəşid İsmayılov Rusiya tərəfindən Beynəlxalq Elektrik Rabitəsi İttifaqının baş katibi vəzifəsinə namizəd irəli sürülüb.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin rəqəmsal inkişaf və rabitə naziri Maksut Şadayev deyib.

Hazırda İttifaqın baş katibi çinli Çjao Houpindir.


Qeyd edək ki, Rəşid İsmayılov 1965-ci ilin noyabrında Bakıda doğulub. O, 2014-2018-ci illərdə rabitə nazirinin müavini işləyib. Hazırda o, “Vımpelkom” şirkətinin prezidentidir.

Teqlər: