Rusiyanın “Kalinuşka” xalq rəqs ansamblının üzvlərinin olduğu avtobus Tiflisdə hücuma məruz qalıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, avtobusa yumurtalar, boyalar atılıb, heyətin ünvanına təhqirlər səsləndirilib.
İnsidentə görə məsuliyyəti “Sirsxvilia” (Ayıb) radikal gənclər hərəkatı öz üzərinə götürüb.
Hərəkat üzvləri hücumlarını onunla əsaslandırıblar ki, Rusiya büdcəsindən maliyyələşən ansambl üzvləri Kremldə çıxışlar edir və Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyirlər.
“Belələrinə Tiflisdə yer yoxdur”, – hərəkat üzvləri bildiriblər.
Qeyd edək ki, bir müddət öncə də Tiflisdə Rusiya nömrə nişanlı avtobus hücuma məruz qalmışdı.