Rusiya regionlarının əksəriyyəti Azərbaycanla uzunmüddətli əməkdaşlığın qurulmasında maraqlıdır – Boçarnikov

Rusiya regionlarının əksəriyyəti Azərbaycanla uzunmüddətli
əməkdaşlığın qurulmasında maraqlıdır.

Trend-in məlumatına görə, bunu Rusiyanın
Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında
deyib.

Onun sözlərinə görə, iki ölkə arasında elmi əməkdaşlığın
inkişafı üçün böyük potensial mövcuddur.

“Son 30 il ərzində siyasi, ticari-iqtisadi və regionlararası
sahələrdə münasibətlərin inkişafı müntəzəm xarakter daşıyır. Rusiya
regionlarının əksəriyyəti Azərbaycanla uzunmüddətli əməkdaşlığın
qurulmasında maraqlıdır. Bundan başqa, humanitar sahədə
münasibətlər inkişaf edir. Diplomatik münasibətlərin qurulmasının
30 illiyi ilə bağlı birgə tədbirlər baş tutmalıdır. Hər il dövlət
kvotası ilə Rusiyaya çoxlu sayda tələbə gedir. Həmçinin, Moskva
Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun xətti ilə təmaslar
mövcuddur. Biz bilirik ki, tərəfdaşlarımız azərbaycanlı gənclərin
Rusiyada hazırlığında maraqlıdır”, – deyə səfir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: