Rusiya ordusuna oktyabrın əvvəlində Kremldən Ukraynanın mülki infrastrukturuna qarşı kütləvi raket zərbələri hazırlamaq tapşırığı verilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat verib.
“Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Kreml orduya hələ oktyabrın 2-də Ukraynanın mülki infrastrukturuna qarşı kütləvi raket zərbələri endirmək göstərişi verib. Hədəflər məhz kritik mülki infrastruktur obyektləri və Ukraynanın sıx məskunlaşmış şəhərlərinin mərkəzi rayonları olub”, – məlumatda qeyd olunub.
Bildirilib ki, oktyabrın 8-də X-101 qanadlı raketləri ilə təchiz edilmiş 7 ədəd Tu-160 strateji bombardmançı təyyarəsi “Engels” aerodromundan (Saratov vilayəti) Olenya aerodromuna (Murmansk) köçürülüb.