Rusiya raket əvəzinə daş atır? – Vetrov

Rusiya raket əvəzinə daş atır? – Vetrov

Moskvanın məhz belə bəyanatları Kiyevin sayıqlığını azaltmağa yönəlib. Əslində hər şey fərqlidir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı siyasi müşahidəçi Aleksey Vetrov paylaşıb.

O, Rusiyanın yüksək dəqiqlikli silahların “tamamilə tükətdiyi” üçün Ukraynaya artıq zərbə endirməyəcəyi, sənayeyə tətbiq edilən sanksiyalar rejiminə görə müdafiə sənayesinin Müdafiə Nazirliyinin sifarişlərini yerinə yetirə bilməyəcəyi barədə bəyanatlara bu cür reaksiya verib:

“Ukraynalı ekspertlərin niyə oxşar bəyanatlar verməsi aydın deyil? Axı bu, Rusiya tərəfinin əlinə işləyir. Onların proqnozlarına görə, Rusiyada dördüncü dəfədir ki, bütün strateji silah ehtiyatları tükənir. Və sanki bu proqnozları “təsdiqləmək üçün” hesabatın dərcindən dərhal sonra rus qoşunları yenidən kütləvi raket zərbəsi endirirlər. Çox güman ki, uçan daşlar olub, raketlər artıq “bitib”.

Teqlər: