Gecə saatlarında Rusiya Silahlı Qüvvələri Xarkovu Belqoroddan raketlə atəşə tutub.
AzerTimes xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.
Məlumata əsasən, Xarkova edilən raket zərbələrinin hədəfi sırf mülki infrastruktur olub:
“Bu gün saat bir radələrində raketlər Xarkov şəhərinin Slobodski rayonuna düşüb, nəticədə birmərtəbəli qeyri-yaşayış binasının damı yanıb. Zoloçov icmasına isə dəfələrlə hücumlar həyata keçirilib və şəxsi təsərrüfatlara, tikililərə ziyan dəyib. Hərbçilərin fikrincə, Xarkova atılan raketlərin bir neçəsi yararsız olduğundan elə Belqorod ərazisində partlayıb. Zərbələr nəticəsində ölən və xəsarət alan yoxdur”.
Qeyd edək ki, ruslar gün ərzində Çuqevski, Xarkov, İzyum rayonlarını atəşə tutublar.