Xabarovsk diyarının Komsomolsk-Amr şəhərində, Pioner küçəsində Rusiya Qvardiyasının yerli şöbəsinin yerləşdiyi bina yandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, şübhəli 50 yaşlı Vladimir Zolotarevdir və o artıq saxlanılıb.
Onun Rosqvardiyanın Ukraynadakı müharibəyə qatılmasına etiraz olaraq bu addımı atdığı haqda iddialar var.