Rusiya quru qoşunlarını tamamilə Belarusdan çıxarıb.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev deyib.
“Hazırda Rusiyanın quru qoşunları tamamilə Belarusdan çıxarılıb və hissələri Kupyansk-Liman istiqamətində hücum həyata keçirən Rusiyanın birləşmiş qoşun qrupunun ehtiyat hissəsinə göndərilib”, – Nayev bildirib.