Xəbər - Sədrəddin Ağcayev – Trend:
Ukraynada hərbi obyektlərlə yanaşı mülki infrastruktur
obyektləri də Rusiya qoşunları tərəfindən aviasiya atəşinə
tutulur.
Bunu Trend-ə
hazırda Ukraynada olan Azərbaycan vətəndaşı Elçin Orucov deyib.
“Hazırda bombalanmaya məruz qalan digər şəhərlərdə olduğu kimi
Lvovda da qalmaq təhlükəlidir. Ukraynada hərbi obyektlərlə yanaşı,
mülki infrastruktur obyektləri də aviasiya atəşinə tutulur.
İnsanlar təhlükə altındadır və hamının xilas olmaq imkanı yoxdur.
Martın 4-də ailəm buranı tərk edərkən, Lvov şəhərində vəziyyət
sakit idi, amma buna baxmayaraq, hərbçilərin Lvovadək gələ biləcəyi
riski də var. Bundan başqa, atom elektrik stansiyası atəşə tutulub,
yanğın baş verib. Xoşbəxtlikdən, stansiya partlamayıb. Hazırda
mənim ailəm Varşavadadır və “AZAL”ın təxliyə reysi ilə vətənə yol
salınmasını gözləyirlər”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)