ABŞ Moskva ilə nüvə münaqişəsi riski səbəbindən Kiyevin Ukrayna hava məkanında Rusiya raketləri və PUA-larının vurulması tələblərini yerinə yetirməyi planlaşdırmır.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
“ABŞ İsrailin üzərində İran raketlərini vurmaq riskini götürə bilər, çünki bu, İranla nüvə münaqişəsinə gətirib çıxarmayacaq. Amma bunu Rusiya ilə etmək böyük risk daşıyır”, – nəşr ABŞ Senatındakı mənbəyə istinadla bildirib.
Nəşrin məlumatına görə, Bayden administrasiyasının bir neçə rəsmisi də analoji açıqlama ilə çıxış edib:
“İsrailə yardım etmək üçün ABŞ-ın gəmilərə yerləşdirilmiş kifayət qədər hava hücumundan müdafiə sistemləri var. Amma ərazisi İsraildən dəfələrlə böyük olan Ukrayna üzərində raket və PUA-ları vurmaq üçün ABŞ ora öz qırıcılarını və hava hücumundan müdafiə sistemlərini göndərməlidir. Bu cür addımlar da Rusiya Silahlı Qüvvələri ilə birbaşa toqquşma riskinə səbəb olur”.