AB-nin xarici və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrell Rusiyanın Çerniqova etdiyi hücuma reaksiya verib.
AzerTimes xəbər verir ki, o, bu bəyanatı Tvitter səhifəsində yazıb.
O, rus qoşunlarının Çerniqov üzərinə hücumunu “qorxaq zərbə” adlandırıb:
“Rusiyanın Çerniqov şəhərində universitet və teatra qarşı yönəlmiş, ən azı 7 mülki şəxsin, o cümlədən uşaqların ölümünə, çoxlu sayda şəxsin yaralanmasına səbəb olan növbəti qorxaq və məqsədyönlü hücumunu qətiyyətlə pisləyirəm”.