Rusiya qızıl ehtiyatlarını satışa çıxartdı

Rusiya qızıl ehtiyatlarını satışa çıxartdı

Rusiya Bankı son 13 ildə ilk dəfə neft və qaz satışından valyuta gəlirlərinin azalması fonunda rezervlərindəki qızılı satışa çıxarıb.

Rusiya üçüncü rübdə 1,2 ton qızıl külçə satıb. İyul ayında 100 min unsiya qızıl satan Moskva sentyabrda bu rəqəmi 300 min unsiyaya çatdırıb.