Rusiya Hərbi Hava Qüvvələri Voronej vilayətinin Anninski rayonunun Brodovoe kəndindəki körpüyə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı “Maş” Teleqram kanalı yayıb.
Bildirilir ki, bu kənd Voronejdən 80 km şərqdə yerləşir və “Vaqner” döyüşçüləri Moskvaya yürüş edərkən burdan keçməyib.
Qeyd edək ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin “Ədalət Yürüşü”nə başladıqlarını elan edib. Vaqnerçilər artıq Rostov və Voroneji ələ keçirib və hazırda Moskvaya doğru hərəkət edirlər.