MiQ-31 qırıcısı ABŞ Hərbi Dəniz Qüvvələrinin “P-8A Poseydon” təyyarəsinin Barents dənizi üzərində Rusiya dövlət sərhədini pozmasına icazə verməyib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün Norveç dənizi üzərində Rusiyanın hava məkanına nəzarət vasitələri Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşan hava hədəfi aşkar edib.Hava hədəfini müəyyən etmək və Rusiyanın dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün MiQ-31 qırıcısı havaya qaldırılıb və ABŞ təyyarəsinin qarşısı alınıb”, – məlumatda qeyd olunub.