NATO-nun hava patrulunu həyata keçirmək üçün Baltikyanı ölkələrdə yerləşən Rumıniya qırıcıları Rusiyanın iki Su-27 təyyarəsini təqib edib.
AzerTimes xəbər verir ki, bu barədə Rumıniya Hərbi Hava Qüvvələrinin məlumatında bildirilib.
“Beynəlxalq sular üzərində uçan NATO-nun məsuliyyət zonasında iki naməlum təyyarə aşkar olunub. Standart prosedurlara uyğun olaraq, Rumıniya F-16-ları hava vəziyyətini aydınlaşdırmaq üçün xəbərdarlıq edib. Bundan sonra Rusiya qırıcıları təhlükəsiz şəkildə oradan uzaqlaşdırılıb”, – məlumatda qeyd olunub.