Rusiya resursları tükəndiyi üçün Ukraynaya qarşı müharibə üçün əvvəllər hərbi alət kimi istifadə olunmayan bəzi məhsullardan istifadə etməyə başlayıb.
AzerTimes xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.
Onun sözlərinə görə, Rusiya resursların itirilməsi səbəbindən ixtiraçılığa əl atırlar. Bu, Rusiyada ixrac siyahılarının dəyişdirilməsinə səbəb ola bilər.
“Bizim görüşümüzdə iştirak edən ölkələr Avropa Komissiyasına müraciət edə və ixrac siyahılarına yenidən baxılmasını təklif edə bilər”.