Rusiya Qərbin Ukraynaya Rusiya ərazisinə dərin zərbələr endirmək icazəsi vermək qərarından xəbərdardır.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Müvafiq qərarlar bir müddət əvvəl Qərb tərəfindən qəbul edilib və bu qəbildən olan siqnallar Kiyevə ötürülüb. Bu yolla ABŞ və Böyük Britaniya Ukrayna ətrafında vəziyyəti zəif idarə olunan eskalasiya mərhələsinə aparır. Qərb ölkələrinin rəhbərliyini məsuliyyətsiz hərəkətlərinin nəticələrinin ağırlığını ölçüb-biçməyə çağırıram”, – o əlavə edib.