Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrini rus ordusu ilə bağlı kəşfiyyat məlumatları ilə təmin edən Rusiya qüvvələrinə qarşı zərbələrdə istifadə edilən Qərb kosmik stansiyaları Rusiya ordusu üçün qanuni hərbi hədəfdir. Bu, çox güclü bəyanatdır.
AzerTimes xəbər verir ki, bu sözləri tanınmış rusiyalı politoloq Sergey Markov deyib.
“Əlbəttə, Xarici İşlər Nazirliyi bütün bunları çox yumşaq dedi. Amma əsas məsələ başqadır – Rusiyanın sözlərinə heç kim əhəmiyyət vermir. Buna görə yalnız birbaşa fəaliyyət vacibdir. “Rusiya qırmızı xətləri” özünü məhz hərəkətsizliyə görə gözdən salıb. Ancaq Rusiya Ukrayna raketlərini rus ordusuna yönəltməyə kömək edən peyki vursa, onda VSU (Ukrayna Silahlı Qüvvələri) VAU olacaq”.