Rusiya: Qərb bu ölkəni işğal edib, sərvətini daşıyır

Rusiya: Qərb bu ölkəni işğal edib, sərvətini daşıyır

ABŞ və onun müttəfiqləri Suriya ərazilərini işğal edərək, neft və taxılın oğurlanması və qaçaqmalçılığı ilə məşğul olur.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Rusiya XİN bəyan edib ki, Suriya əhalisi çörək və enerji resurslarından məhrum edilir:

“Suriyaya lazımi humanitar yardım giriş problemlərinə görə deyil, xroniki maliyyə çatışmazlığı səbəbindəndir. Bütün səs-küylü bəyanatlara baxmayaraq, Qərb donorları hətta fövqəladə yardım üçün vəsaitin ayrılması öhdəliklərini yerinə yetirmirlər”.

Teqlər: