Rusiya qazının Ukraynadan keçməklə Avropaya nəqli adi rejimdə davam edir

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın “Qazprom” şirkəti Ukrayna ərazisindən tranzitlə
Avropaya qaz nəqlini adi rejimdə davam etdirir.

Trend-in
məlumatına görə, bunu şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov
jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gün ərzində Avropa ölkələrindən 109,5 milyon
kubmetr qazın nəqli üçün müraciət qəbul edilib. Bu rəqəm ötən günün
göstəricisi ilə eynidir.

Eyni zamanda Avropada təbii qaz qiymətləri ötən günlə müqayisədə
14 faizə yaxın ucuzlaşıb. Hazırda Niderlandın TTF habında təbii
qazın min kubmetri 2 090 kubmetr ətrafında alınıb-satılır.