Rusiya qazının Avropaya tədarükündə artım

Rusiya qazının Avropaya tədarükündə artım

Martda Rusiya qazının Avropaya tədarükü fevral ayı ilə müqayisədə 4% artıb.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, mavi yanacaq Avropaya Türkiyə və Ukrayna vasitəsilə çatdırılıb. Belə ki, qazın orta sutkalıq həcmi fevralda 67,5 milyon kubmetr olduğu halda martda 70,3 milyon kubmetrə yüksəlib. Ay ərzində Avropaya tədarüklərin ümumi həcmi təqribən 2,18 milyard kubmetr təşkil edib.

Ümumilikdə isə ilin əvvəlindən “Qazprom” Avropaya 5,9 milyard kubmetr qaz tədarük edib.

Teqlər: