Rusiya qazının Almaniyaya tədarükü kəskin şəkildə azalıb

Yamal-Avropa boru kəməri ilə Almaniyaya Rusiya qazının tədarükü Avropa qaz bazarının qış tələbatının pik nöqtəsinə yaxınlaşması fonunda əhəmiyyətli dərəcədə azalıb.

Trend xəbər verir ki, bu Almaniyanın operator şirkəti olan Gascade məlumatında öz əksini tapıb.

Bununla belə, azalmanın səbəbləri açıqlanmır.

Yamal-Avropa qaz kəməri ilə vurulan qaz dekabrın 17-də orta hesabla 10 milyon kilovat-saata, dekabrın 16-da isə təxminən 12 milyon kilovat-saata nisbətdə təxminən 1,2 milyon kilovat-saat düşüb.

Rusiya qazının Avropaya tədarükü “Qazprom”un Rusiyadakı anbarlarındakı qazın səviyyəsi ilə sıx bağlıdır. Şirkət bu həftə Rusiyanın mərkəzində yerləşən yeraltı anbarlarından qaz çəkməyə başlayıb, yanacaq sərfiyyatının isə təxminən bir ay ərzində pik həddə çatacağı gözlənilir.

Teqlər: