Avropa birjalarında qazın qiyməti 10% artaraq, 1850 dollar olub.
AzerTimes xəbər verir ki, bu, London birjasının məlumatında əks olunub.
Bildirilir ki, avqust ayı üçün qaz fyuçersləri bu gün min kubmetr üçün 1680 dollarla başlayıb. “Qazprom”un Şimal Axını ilə qaz nəqlini 27 iyuldan azaldacağı və 33 milyon kubmetrə endirəcəyi barədə (kəmərin 20%-i həcmində) ilə bağlı rəsmi açıqlamasından sonra isə axşama doğru qaz qiymətləri 1851 dollara yüksəlib.