Cümə günü Qazaxıstan-Rusiya sərhədində 4 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Bildirilib ki, Moskva vaxtı ilə saat 15.35-də qeydə alınan zəlzələnin episentri Qazaxıstanın Rusiya ilə həmsərhəd Katon-Qaraqay bölgəsində (Altay) yerləşib, maqnitudası 4 bal olub.