Rusiya qatarı ilk dəfə İran ərazisinə yük gətirdi

Rusiya qatarı ilk dəfə İran ərazisinə yük gətirdi

Rusiyanın yük qatarı ilk dəfə İran ərazisinə yük gətirib.

AzerTimes xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi deyib.

R.Qasimi bildib ki, bu yük qatarı 39 yük kantineyrini İranın cənubunda şəhid Rəcayi limanında boşaldacaq və yüklər oradan dənizlə Hindistana nəql olunacaq.

O qeyd edib ki, qonşu ölkələrlə hazırda İrandan 20 milyon ton yükün tranzit olunması sahəsində razılıq əldə olunub və bunun bir hissəsi də icra olunub.

Onun sözlərinə görə, Rusiyanın yük qatarı ilk dəfədir ki, birbaşa Rusiyadan İrana yük gətirib:

“Qatar 3800 kilometr yol gələrək İran sərhəddinə çatıb. Qatar Sərəx sərhədindən (Türkmənistan) İrana daxil olub”.

Teqlər: