Rusiya “qardaş erməni xalqına” başsağlığı verdi

Rusiya “qardaş erməni xalqına” başsağlığı verdi

Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzi Ermənistanda baş verən daşqınlar fonunda Daxili İşlər Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzi ilə daim əlaqə saxlayır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Mərkəz rəhbərliyi Ermənistan DİN Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzi, eləcə də Lori və Tavuş vilayətlərində daşqınların nəticələrinin tezliklə aradan qaldırılması üzrə qərargahla daimi əlaqə saxlayır. Rusiyanın İrəvandakı səfirliyi və Gümrüdəki baş konsulluğu Ermənistan Xarici İşlər Nazirliyi, Lori, Tavuş və Şirak vilayətlərinin rəhbərliyi ilə mümkün əlavə yardımın göstərilməsi və zərərçəkmişlər arasında Rusiya vətəndaşlarının olub-olmaması ilə bağlı əlaqə saxlayır”, – Zaxarova bildirib.

XİN rəsmisi qeyd edib ki, Rusiya Ermənistanın başına gələn təbii fəlakətlə əlaqədar qardaş erməni xalqına səmimi qəlbdən başsağlığı verir və zərərçəkənlərin tezliklə sağalmasını arzulayır.

Qeyd edək ki, güclü yağış və leysanlar Ermənistanda ciddi dağıntılara yol açıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Teqlər: